Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tədbir İrəvanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilib.
“Tədbirdə Avropa ölkələrinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Avropa Siyasi Birliyi təxminən 50 ölkənin liderlərini birləşdirir.
Danışıqlar zamanı liderlər enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və infrastruktur əlaqəliliyi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin Ukrayna ətrafındakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri daxil olmaqla qlobal çağırışlara xüsusi diqqət yetirilib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az