Ursula fon der Lyayen İrəvanda ümumi çağırışlara qarşı Avropanın birliyi barədə danışıb

2025/09/1758643736.jpg
Oxunub: 329     14:39     04 May 2026    
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, o, Avropanın böyük və geniş bir ailə olduğunu göstərmək üçün Ermənistandadır.

Ordu.az xəbər verir ki, bu barədə Lyayen “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ortaq maraqlarla birləşmiş və eyni çağırışlarla üzləşən ailə”, - deyə o qeyd edib.

Lyayen bildirib ki, bu gün Avropanın müstəqilliyinin əsaslarının möhkəmləndirilməsi istiqamətində iş aparılacaq, xüsusilə enerji, müdafiə və əlaqəlilik sahələri vurğulanacaq.

Qeyd edək ki, Lyayen İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Avropa  


Bizi "telegram"da izləyin