"TRIPP Ermənistan və Azərbaycan arasında sülh prosesinin mərkəzi elementinə çevrilməkdədir" - Paşinyan

2026/04/1777546581.jpg
Oxunub: 261     13:01     04 May 2026    
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin mərkəzi elementinə çevrilməkdədir.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən 8-ci sammitində bildirib.

“Bu layihə regional kommunikasiyaların blokdan çıxarılması və Şərqdən Qərbə, eləcə də Cənubdan Şimala yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması yolu ilə dayanıqlı sülhə töhfə verəcək”,- deyə Ermənistanın Baş naziri qeyd edib.

Paşinyan vurğulayıb ki, TRIPP-in qlobal təchizat zəncirlərini əhəmiyyətli dərəcədə möhkəmləndirəcəyi və regional qarşılıqlı əlaqəliliyi genişləndirəcəyi gözlənilir. Onun sözlərinə görə, layihə sülh prosesinin təkcə siyasi deyil, həm də iqtisadi dayağına çevriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   TRIPP  


Bizi "telegram"da izləyin