Erməni ekspert: “Ermənistanın xarici siyasətində paradoksal vəziyyət yaranıb”

2026/05/1777876658.jpg
Oxunub: 322     16:12     04 May 2026    
“Ermənistanın xarici siyasətində paradoksal vəziyyət yaranıb və bu, dövlətçilik üçün təhlükə kimi qiymətləndirilir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert Mher Avetisyan bildirib.

Onun sözlərinə görə, Rusiyanın düşməni olan dövlətlərin rəhbərləri, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski ard-arda “Zvartnots” hava limanına eniş edib.

“Halbuki həmin hava limanından cəmi bir neçə kilometr məsafədə Rusiya hərbi bazası yerləşir. Eyni zamanda, Ermənistan həmin hərbi bazanın ali baş komandanına qarşı Roma Statutuna qoşulub ki, Vladimir Putinin Ermənistana gəlməsi mümkün olmasın.

Bu, Ermənistanın həyata keçirdiyi siyasətdir və mövcud reallıq bundan ibarətdir”, - deyə Avetisyan bildirib.

O vurğulayıb ki, Rusiyanı və rusları tənqid etməzdən əvvəl Ermənistan özü nə etdiyini və bunun hansı nəticələrə gətirib çıxaracağını anlamalıdır.

Avetisyanın fikrincə, bütün bunları nəzərə almadan Rusiyanın Ermənistanın daxili işlərinə müdaxilə etdiyini və ya ona qarşı hibrid müharibə apardığını iddia etmək ya ciddi savadsızlıqdır, ya da qəsdən cəmiyyəti anti-Rusiya gündəminə yönəltmək cəhdidir.

“Hər iki hal Ermənistanın dövlətçiliyi üçün dağıdıcı nəticələr doğura bilər”, - deyə Avetisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan  


Bizi "telegram"da izləyin