Ordu.az bazar ertəsi gecəsi Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
Dəniz blokadasının başlanmasından etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və helikopterləri İranla əlaqəli 38 ticarət gəmisini ələ keçirib. Bu barədə Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib. “Axios” məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran ABŞ-yə nüvə danışıqlarını təxirə salmaqla Hörmüz boğazını açmağı və münaqişəni dayandırmağı təklif edir.
Cənubi Livanda İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 14 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya gəlib, burada onu, gözlənildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək. Bu barədə IRNA məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib ki, İranın neft infrastrukturuna mümkün zərbə endirmək üçün təxminən üç günü var.
Sevinc Əliyeva
Ordu.az