Erməni ekspert: “Bu şəraitdə Türkiyənin öz siyasətini dəyişəcəyini istisna edirəm”

2026/04/1777097864.jpg
Oxunub: 605     11:05     25 Aprel 2026    
“Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı ritorikası müəyyən mənada dəyişib, daha müsbət olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, erməni akademik, türkşünas Ruben Safrastyan deyib.

O qeyd edib ki, bu şəraitdə Türkiyənin öz siyasətini dəyişəcəyini istisna edir.

“Bu şəraitdə Türkiyənin siyasətini dəyişəcəyini istisna edirəm. Əgər bir anlıq təsəvvür etsək ki, gələcəkdə Ermənistan-Türkiyə münasibətləri heç olmasa diplomatik baxımdan normallaşacaq və Türkiyə Ermənistanla diplomatik münasibətlər quracaq və sair, hesab etmirəm ki, Türkiyə siyasətini dəyişsin”, - deyə Safrastyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Safrastyan  


Bizi "telegram"da izləyin