Erməni politoloq: “Hər iki tərəfdən təzyiq artacaq və Zəngəzur vilayəti Hörmüz boğazına çevriləcək”

2026/04/1777097703.jpg
Oxunub: 517     10:17     25 Aprel 2026    
“Əgər “Vətəndaş Müqaviləsi” parlament seçkilərində yenidən seçilərsə, Ermənistan olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, əgər “Vətəndaş Müqaviləsi” partiyası seçilsə, burada artıq katolikos məsələsi deyil, bahalaşma məsələsi deyil, Ermənistan olmayacaq.

“Mən eyni sözü davamlı təkrarlaya bilmərəm, amma sonra heç kim şikayət etməsin ki, xəbərdarlıq etməmişdik, bunun nəticəsi nə olacaq”, - deyə Xaçikyan bildirib.

Onun qiymətləndirməsinə görə, Paşinyan Praqaya gedib və Emmanuel Makronun, Şarl Mişelin, Qərbin və Türkiyənin təzyiqi altında Qarabağı verib ki, Rusiyanı regiondan çıxarsın.

“Biz uşaq kimi müəyyən etmək istəyirik ki, hansı “dayı” yaxşıdır, hansı “dayı” pisdir”, - deyə Xaçikyan vurğulayıb.

Erməni politoloq hesab edir ki, İran faktiki olaraq ABŞ və İsrailə qarşı müharibədən qalib çıxır.

Lakin o proqnoz verir ki, Ermənistan üzərində həm Ermənistan-İran sərhədi, həm də TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı hər iki tərəfdən təzyiq artacaq və Zəngəzur vilayəti Hörmüz boğazına çevriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçikyan   Ermənistan  


Bizi "telegram"da izləyin