Paşinyan hökuməti ilə kilsə arasında gərginlik: Ruhani təbəqəyə qarşı efir qadağası qoyulur

2026/02/1770877402.jpg
Oxunub: 452     09:26     25 Aprel 2026    
“Bütün ermənilərin katolikosu və ruhani təbəqənin “tsitsernakaberd memorial kompleksi”nə (qondarma “abidə”-red.) səfəri gözlənildiyi kimi vergi ödəyicilərinin hesabına fəaliyyət göstərən İctimai Televiziyanın canlı yayımında göstərilmədi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, həmin vaxt Ermənistan İctimai Televiziyasının efirində “kompleks”in ərazisindən diaspor işləri üzrə müvəkkilin ofisinin bir əməkdaşı, hanısısa Hovhannes Aleksanyan ilə müsahibə yayımlanıb.

“Kadrlarda Üçmüədzin kilsəsinin nümayəndə heyətinin səfəri görünmədi.

Halbuki Üçmüədzin kilsəsi əvvəlcədən bildirmişdi ki, saat 10:30-da II Qaregin “əbədi məşəl” önündə ayin icra edəcək.

Xatırladaq ki, Nikol Paşinyan ötən ildən II Qareginin istefasını tələb edir. Katolikosun uzaqlaşdırılması müddəası hətta onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında da yer alıb.

Kilsə bunu pisləyib və bunu konstitusiya quruluşunun, kilsənin özünüidarə hüququnun, eləcə də vicdan və din azadlığının beynəlxalq fundamental prinsiplərinin açıq şəkildə tapdalanması hesab edib”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, artıq ikinci ildir ki, Ermənistan İctimai Televiziyası erməni katolikosun Yeni il müraciətini də yayımlamır.

“Qeyd edək ki, aprelin 24-ü ərəfəsində İctimai Televiziyanın aprelin 24-nə həsr olunan yayım vaxtını azaltdığı barədə xəbərlər yayılmışdı. H1 kanalının direktoru Hovhannes Movsisyan isə qəzəbli mətn paylaşaraq bildirmişdi ki, yalan danışırsınız, hər şey əvvəlki kimi yayımlanacaq və hətta günün mənası ilə bağlı filmlər də göstəriləcək.

Məlum oldu ki, yayılan xəbərlər reallıqdan o qədər də uzaq deyilmiş”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kilsə   Ermənistan  


Bizi "telegram"da izləyin