Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, buna uyğun olaraq vəziyyətin necə olduğunu müəyyən etmək üçün təhlillər və nəticələr çıxarırlar.
“Bizə dedilər ki, son sorğuların nəticələri də “Vətəndaş Müqaviləsi” üçün ümidverici olmayıb, halbuki hakim qüvvə yenə də öndədir və reytinqini artırmaq üçün əlindən gələni edir. Mənbəmizin sözlərinə görə, üç-dörd müxalif qüvvə birlikdə “Vətəndaş Müqaviləsi”ni kifayət qədər ciddi fərqlə qabaqlayır.
Hər halda, hazırkı məqamda “Vətəndaş Müqaviləsi” 30 faiz göstəricisi ətrafındadır. Lakin hakim qrup ümid edir ki, seçki baryerini keçə bilməyən partiyalar o qədər çox səs parçalayacaq ki, onlar 50+1 nəticəsini toplayacaqlar.
Yeri gəlmişkən, hakimiyyətin reytinqini artırmaq məqsədilə yaxın vaxtlarda xüsusilə keçmiş hakimiyyət nümayəndələri və onların “qanunsuz” varlanması mövzularında yenidən cinayət işləri selinin şahidi ola bilərik. Halbiki bu cinayət işləri artıq ictimai şüura təsir etmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az