Ermənistanın 104 vətəndaşı Gürcüstan pasportu alıb, 37 Ermənistan vətəndaşı isə Gürcüstan vətəndaşlığından imtina edib

2026/04/1777092611.jpg
Oxunub: 376     08:43     25 Aprel 2026    
2025-ci ildə Gürcüstan vətəndaşlığı 2333 nəfərə verilib ki, bu da 2024-cü illə müqayisədə 35 faiz və ya 1254 nəfər azdır.

Ordu.az “Novosti-Qruziya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarında qeyd olunub.

Gürcüstan vətəndaşlığı alanlar arasında ən çox Rusiya Federasiyasının pasportuna sahib şəxslər olub (1393 nəfər).

Sonrakı yerlərdə Almaniya (296), Ukrayna (114) və Ermənistan (104) gəlir.

Vətəndaşlığın dayandırılmasına gəlincə, 2025-ci ildə 1426 nəfər Gürcüstan vətəndaşlığını itirib ki, bu da əvvəlki illə müqayisədə 166 nəfər azdır, mənfi 10 faiz təşkil edir. Əsas hüquqi səbəb digər ölkənin vətəndaşlığını almaq olaraq qalır.

Gürcüstan vətəndaşlığından ən çox çıxanlar Rusiya vətəndaşları olub (639 nəfər). Sonrakı yerlərdə Yunanıstan (203), Türkiyə (121) və İsrail (81) gəlir. Siyahıda Ukrayna (41), ABŞ (39), Ermənistan (37), Almaniya (28) və Böyük Britaniya (11) da var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin