İranda müharibə başlayandan sonra benzin ən çox hansı ölkələrdə bahalaşıb?

2026/04/1777090629.jpg
Oxunub: 487     08:14     25 Aprel 2026    
“Fevralın sonunda İrana qarşı İsrail və ABŞ zərbələri başlayanda neft bazarları sarsıntıya hazırlaşırdı. Lakin sonrakı hadisələr treyderlərin gözlədiyi qısamüddətli qiymət sıçrayışına çevrilmədi. Təxminən iki ay sonra dünyanın bir çox ölkəsində yanacaq doldurma xərcləri kəskin artıb və bu artımda zəifləmə əlamətləri demək olar ki, görünmür”.

Ordu.az xəbər verir ki, bu barədə “Visual Capitalist” məlumat yayıb.

“Visual Capitalist” bildirir ki, ən çox zərər çəkən ölkələr Yaxın Şərqdə deyil.

Myanmada benzin qiymətləri fevralın 23-dən bəri 101 faiz artaraq iki dəfədən çox yüksəlib. Bu, həm idxal olunan neft məhsullarından asılılığı, həm də milli valyutanın zəifləməsini əks etdirir.

Filippində və Malayziyada da, hansı ki, Malakka boğazı ilə dəniz daşımalarından asılıdırlar, qiymətlər müvafiq olaraq 73 faiz və 68 faiz artıb.

Ümumilikdə, qiymət artımının ən yüksək qeydə alındığı dünyanın ilk on ölkəsindən beşi Cənub-Şərqi Asiyanın payına düşür. Bu da regionun Fars körfəzindən keçən dəniz marşrutlarından asılılığını göstərir.

Amerikalı sürücülər bir litr yanacaq üçün fevral ayı ilə müqayisədə 35 faiz çox ödəyirlər ki, bu da enerji müstəqilliyi vəd etmiş administrasiya üçün siyasi baxımdan əlverişsiz göstəricidir.

Kanadada və Qərbi Avropa ölkələrinin əksəriyyətində bu göstərici 10-25 faiz arasında dəyişir.

Dünyanın ən kasıb ölkələrindən biri olan Malavidə indi bir litr yanacaq üçün 3,84 dollar ödənilir ki, bu da əvvəlcədən yerli gəlirlərlə müqayisədə çox yüksək olan qiymətlərdən 34 faiz çoxdur.

Gürcüstanda benzin 16,7 faiz, Türkiyədə 9,5 faiz, Rusiyada isə 1,5 faiz bahalaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə   Benzin  


Bizi "telegram"da izləyin