Ağ Ev təsdiqləyib: Uitkof və Kuşner İranla danışıqlar üçün Pakistana gedəcəklər

2026/04/1777054107.jpg
Oxunub: 450     22:07     24 Aprel 2026    
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və onun kürəkəni Cared Kuşner yenidən İran nümayəndə heyətinin təmsilçiləri ilə birbaşa danışıqlar aparmaq üçün Pakistana gedəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

“İranlılar həmin görüşün keçirilməsi xahişi ilə özləri onlara müraciət ediblər”, - deyə Levitt bildirib.

Levittin sözlərinə görə, ABŞ vitse-prezidenti Cey Di Vens də Pakistana getməyə hazırdır.

Bu gün daha əvvəl amerikalı rəsmi “Reuters” agentliyinə bildirib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və onun kürəkəni Cared Kuşner yaxın vaxtlarda İranın xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaqlar.

Sevinc Əliyeva

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuşner   Uitkof  


Bizi "telegram"da izləyin