Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri yazıb.
Nəşrə görə, bundan sonra o, özünə xəsarət yetirib və hotelin 4-cü mərtəbəsindən aşağı atılıb.
“Shamshyan.com” nəşri daha əvvəl xəbər vermişdi ki, aprelin 24-də Ermənistanın Kotayk vilayətində müəmmalı ölüm hadisəsi baş verib.
Saat 10:00 radələrində əməliyyat məlumatı daxil olub ki, Tsaxkadzor şəhərində yerləşən məşhur “Eighty Eight Hotel and Spa” hotel kompleksinin həyətində meyit var.
Ermənistanın hüquq-mühafizə orqanları müəyyən ediblər ki, ölən şəxs Dərələyəz vilayətinin sakini, 35 yaşlı Aşot X.-dır.
Alpər Mövludoğlu
Ordu.az