Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qərar Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammiti çərçivəsində liderlər arasında aparılan danışıqlardan sonra təsdiqlənib.
Makron bildirib ki, layihə bağlanmayıb və tərəflər hər iki ölkənin müdafiə nazirliklərinə yalnız qırıcı təyyarə deyil, həm də hərbi əməkdaşlığın digər sahələri üzrə işləri davam etdirmək tapşırığı veriblər.
Almaniya hökumətinin nümayəndəsi də təsdiqləyib ki, müdafiə nazirlikləri növbəti addımları əlaqələndirməyə davam edəcək və layihə üzrə işlərin yaxın həftələrdə yekunlaşacağı gözlənilir.
Daha əvvəl bildirilmişdi ki, layihədə iştirak edən “Dassault Aviation” və “Airbus Defence and Space” şirkətləri arasında fikir ayrılıqları mövcuddur və bu da layihənin formatının gecikməsi və ya yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirib.
Sevinc Əliyeva
Ordu.az