ABŞ niyə Ukraynanın robot parkını təkrarlaya bilmir?

2026/04/1777037651.jpg
Oxunub: 591     17:33     24 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin qiymətləndirmə rəhbəri Duq Sasse bildirib ki, Ukraynanın Rusiyanın Qara dəniz donanmasının böyük hissəsini batırması quruda, dənizdə və havada robotlardan istifadənin yeni yollarını tapmaq baxımından “birinci nümunədir”.

Lakin kontr-admiral Duq Sassenin sözlərinə görə, ABŞ Ukrayna təcrübəsini sadəcə kopyalayaraq onu geniş və intensiv müşahidə olunan Sakit okeana, yaxud dəniz blokadasının tətbiq edildiyi və çoxsaylı insansız vasitələrin hücumuna məruz qaldıqları Qırmızı dənizə birbaşa tətbiq edə bilməz.

ABŞ Hərbi Dəniz Qüvvələri ötən həftə 145 tonluq pilotsuz trimaran olan ilk “Sea Hawk” gəmisini təhvil alıb. Sasse bildirib ki, bu gəmi bu ilin sonlarında Sakit okeanda “Theodore Roosevelt” zərbə qrupunun tərkibində yerləşdiriləcək.

Konfransda çıxış edən “Surface Navy Development Group One” rəhbəri kapitan Qarrett Miller bildirib ki, 2030-cu ilə qədər təkcə Sakit okeanda “Sea Hawk”a minlərlə kiçik insansız dəniz platforması və saysız-hesabsız pilotsuz uçuş aparatları qoşulacaq.

Ukrayna 2023 və 2024-cü illərdə bundan qat-qat az sayda insanslz dəniz platforması ilə azı səkkiz Rusiya hərbi gəmisini batırıb. Sassenin sözlərinə görə, bu əməliyyat modeli “sahilləri sıx meşələrlə örtülmüş çox məhdud dənizdə böyük perspektiv göstərir”.

Onun sözlərinə görə, hərbçilər pilotsuz vasitəni “çox sürətlə suya buraxa bilər və hədəfi vurmaq üçün inanılmaz məsafə qət etməsinə ehtiyac yoxdur”.

Bu model dünyanın ən böyük okeanında işləməyəcək.

“Sakit okeanda baş verənlərə baxanda arxasında gizlənəcək ağac yoxdur. Siz okeanın səthində oturmusunuz və bəlkə də bütün keçid boyunca müşahidə altındasınız”, - deyə o bildirib.

Qırmızı dənizdə “Epic Fury” əməliyyatı da insan heyətli hərbi dəniz ekipajlarının əhəmiyyətini göstərib. Eyni zamanda İranın “Shahed” kamikadze pilotsuz uçuş aparatları ilə davamlı hücumları Ukrayna təcrübəsinə bənzər şəkildə ucuz pilotsuz uçuş aparatlarının daha böyük ordunun üstünlüyünü necə aşındıra bildiyini nümayiş etdirir.

Sasse bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri üstünlüyünü qorumaq istəyir, buna görə də hazırda əsas diqqət daha böyük heyətli donanmaya daha çox robot sistemlərin inteqrasiyasına yönəlib. Bu isə fərqli çətinliklər yaradır.

“Bir dəfə deyildi ki, yaxşı, bu sistem donanma ilə birlikdə hərəkət etməlidir. O, böyük məsafələrdə saatda 35 mildən çox sürətlə hərəkət edə bilən aviadaşıyıcı zərbə qrupu ilə ayaqlaşmalıdır. Mənzili olmalıdır. 30 gün dözümlülüyü olmalıdır. Və ucuz olmalıdır. Bunların hamısı bir-birinə kəskin ziddir. Birdən həmin insansız dəniz platforması zərbə qrupunun tərkibində hərəkət edəndə freqat və ya idarəolunan raket esminesinə bənzəməyə başlayır”, - deyə Sasse bildirib.

ABŞ-nin Mərkəzi Komandanlıq zonasına cari əməliyyatlara dəstək məqsədilə öz insansız dəniz platformalarıbı yerləşdirdiyini Hərbi Dəniz Qüvvələrinin səth döyüşləri bölməsinin direktoru kontr-admiral Derek Trinque bildirib.

Lakin onun sözlərinə görə, bunlar hücum üçün yox, “döyüş məkanının məlumatlılığını genişləndirmək və qüvvələrimizin daha geniş komanda kimi daha effektiv olmasını təmin etmək” üçün idi.

ABŞ-də gəmiləri batırmaq üçün silah çatışmazlığı yoxdur. Lakin İranı eyni şeyi etməyə cəhd göstərdiyinə görə tənqid etdikdən sonra dəniz blokadasını tətbiq etmək missiyası ABŞ-yə hücum robotlarından rəqibi kimi istifadə etməyə imkan vermir.

“Sadəcə ötən həftəsonunun nümunəsinə baxın, USS “Spruance” blokadanı yarmağa çalışan gəmini saxladı. Bunun üçün heyətli platformalar lazımdır. Bu isə o deməkdir ki, Hərbi Dəniz Qüvvələri minlərlə robot gəmi əlavə etsə də, komanda-idarəetmə olduğu kimi qalacaq”, - deyə Trinque bildirib.

O, həmçinin qeyd edib: “Hələ də komandirlər və komandanlıq zabitləri olacaq ki, insansız sistemlər də daxil olmaqla bütün sistemlərimizin düzgün istifadəsinə görə məsuliyyət daşıyacaqlar. Gözləyirəm ki, gələcəkdə insansız sistemlər üçün döyüş hazırlığının müəyyən mərkəzləşdirilməsi baş verəcək. Necə ki, indi aviasiya və səth döyüş taktikası təlimatçıları var, gələcəkdə robot və avtonom sistemlər üzrə təlimatçılar da ola bilər”.

Bununla belə, robot silahların yüksəlişi artıq gəmi layihələndirilməsinə təsir edir və yeni konsepsiyaların formalaşmasına səbəb olur.

Hərbi Dəniz Qüvvələri mövcud freqatlar və esmineslərin gövdəsinə uyğun xüsusi konteynerlər vasitəsilə onların göyərtəsində müxtəlif hava, dəniz və sualtı dronlar yerləşdirəcək.

Lakin orta ölçülü insansız dəniz platforması (MUSV) kimi yeni insansız gəmilər istifadəyə verildikcə, insan qərarverməsi komanda-idarəetmənin mərkəzində qalsa da, donanmanın görünüşü daha sürətlə dəyişəcək.

Trinque bildirib: “Biz məcbur olduğumuz üçün “Arleigh Burke” sinfinə məxsus idarəolunan raket esmineslərinə 30 illik inkişaf potensialı yerləşdirdik. Döyüş gəmisinə 30-40 illik inkişaf potensialı yerləşdirəcəyik. Freqata da inkişaf potensialı yerləşdirəcəyik. Amma MUSV-lər üçün buna ehtiyac yoxdur, çünki daha qabaqcıl MUSV-lər hazır olduqca onları əldə edə bilərik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Robot  


Bizi "telegram"da izləyin