Ordu.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, kişi 2025-ci il iyulun 22-də Hantsvildə yoxa çıxıb. İtkin düşdüyü gün o, işə getməyib və əlaqəyə çıxmayıb. Ailəsi dərhal onun itkin düşdüyünü bildirib və onun oğurlana biləcəyini ehtimal edib.
Daha sonra məlum olub ki, Leblan hasara və ağaclara çırpılıb yanan “Tesla” markalı avtomobildə ola bilərdi. Meyit ciddi şəkildə yanmış vəziyyətdə olub və şəxsiyyət bir neçə gün sonra məhkəmə-tibbi ekspertizanın köməyi ilə müəyyən edilib.
Mühəndisin NASA-da beş ildən çox çalışdığı və DRACO layihəsi də daxil olmaqla, kosmik nüvə mühərrikləri üçün idarəetmə sistemlərinin hazırlanması ilə məşğul olduğu bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, onun ölümü sosial şəbəkələrdə nüvə və kosmik tədqiqatlarla bağlı şəxslərin yoxa çıxması və ölümü ilə bağlı silsilə müzakirələr fonunda xatırlanır.
Lakin bu hallar arasında hər hansı əlaqənin olmasına dair rəsmi təsdiq yoxdur, istintaq orqanları vahid ssenari və ya versiya barədə açıqlama verməyiblər.
Ağ Ev və FTB bu cür insidentlərin araşdırılmasının davam etdiyini bildiriblər, lakin araşdırmanın təfərrüatları hələ açıqlanmır.
Sevinc Əliyeva
Ordu.az