“Yerkrapah” hərbi təşkilatının sədri: “44 günlük müharibədə bizə heç bir yardım göstərilmədi, halbuki KTMT üzvü idik”

2025/10/2025--1761554169.jpg
Oxunub: 287     13:05     24 Aprel 2026    
“Yox, bu yalandır, mən bilmirəm bunu haradan götürüblər. Mən orada durmuşam, bizim “Yerkrapah”ın uşaqları da böyük sayda orada olublar, belə bir şey olmayıb”.

Ordu.az xəbər verir ki, bu sözləri “Yerkrapah” hərbi təşkilatının sədri, “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Sasun Mikaelyan aprelin 24-də jurnalistlərlə söhbətində deyib.

O, 2025-ci ildə Azərbaycanın Geğarkunik istiqamətində guya irəliləyiş həyata keçirməsi ilə bağlı suala münasibət bildirib.

Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində olması ilə bağlı suala cavabında Mikaelyan deyib: “Bunun üçün zaman lazımdır, ona görə də deyirəm ki, biz ideoloji baxımdan ağıllı olmalıyıq ki, bu proses sona çatdırılsın.

“Yerkrapah” bu gün Ermənistanın suveren ərazilərində dayanıb və sülh gündəliyi, delimitasiya ilə bağlı elə ərazilər var ki, onlar geri qaytarmalıdırlar. Əgər qaytarmasalar, sonra görünəcək. Əgər birləşmiş olsalar, qaytarmamaları mümkün deyil”.

Hakimiyyətin “əgər Vətəndaş Müqaviləsi seçilməsə, müharibə olacaq” mövqeyini bölüşüb-bölüşmədiyi barədə suala Sasun Mikaelyan belə cavab verib: “Bu gün hesab edirəm ki, ölkənin baş naziri xarici siyasəti möhtəşəm aparır. Bu gün bizim başqa hansı yolumuz var?

Biz uzun müddət Rusiyanın tərkibində olmuşuq, 44 günlük müharibədə bizə heç bir yardım göstərilmədi, halbuki KTMT üzvü, müttəfiq dövlət idik, indi isə insanlar yenidən bizi aparıb Rusiyanın tərkibinə salmaq istəyirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikaelyan   KTMT  


Bizi "telegram"da izləyin