Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan Fransanın yüksək səviyyəli nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin və əməkdaşlığın inkişafı üçün mühüm dövrə təsadüf edir.
Paşinyan bildirib ki, Ermənistan-Fransa əməkdaşlığı hazırda misli görünməmiş yüksək səviyyədədir və yaxın vaxtlarda bunun daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
O, Fransa prezidenti Emmanuel Makronla sıx dialoqun mövcudluğunu vurğulayıb, eyni zamanda onun sülhün bərqərar olunmasında danılmaz rolunu qeyd edib.
Paşinyan Ermənistan və Fransa arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, o cümlədən təhlükəsizlik, veteranlarla bağlı məsələlər, insan hüquqlarının müdafiəsi, ayrı-seçkilik və zorakılığa qarşı mübarizə istiqamətlərində əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
Fransanın silahlı qüvvələr və veteranlar məsələləri üzrə səlahiyyətli naziri Alis Rufo Paşinyana Fransa prezidentinin salamlarını çatdırıb və vurğulayıb ki, ölkəsi bütün istiqamətlərdə, o cümlədən sülh gündəliyinin təşviqi məsələsində Ermənistanın yanında olmağa davam edəcək.
“Alis Rufo və Oror Berje Ermənistan tərəfdaşları ilə əlaqələri genişləndirməyə və yuxarıda qeyd olunan sahələrdə öz təcrübələrini bölüşməyə hazır olduqlarını bildiriblər.
Həmsöhbətlər ikitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin təşkili, eləcə də Frankofoniya Beynəlxalq Təşkilatı çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az