Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 23-də jurnalistlərlə söhbətində jurnalistin sualını cavablandırarkən deyib.
O əmin edib ki, Ermənistanda baş verən prosesləri müdafiə edəcək.
Paşinyan qeyd edib ki, qarşıdan gələn şənbə günü, “Vətəndaş Günü”ndə insanlar küçələrdə kabab bişirə bilərlər.
“Mən burada qətiyyən heç bir problem görmürəm. Bu, məişətimizin və həyatımızın ayrılmaz hissəsidir, küçə də ölkəmizin ayrılmaz hissəsidir. Elə bir şey olub ki, inqilabdan sonra Ermənistanda, o cümlədən küçədə kabab bişirmək olmaz? Bizim tariximiz var, ənənələrimiz var, fəxr etdiyimiz milli mətbəximiz var. Problem nədir? Ermənistan bizim evimizdir və şəhərin mərkəzində də kabab bişirirlər”, - deyə o vurğulayıb.
Paşinyan sözlərini belə yekunlaşdırıb: “Çoxdan mənim varlığıma öyrəşməli idiniz. Mən hər yerdəyəm”.
Alpər Mövludoğlu
Ordu.az