Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Papikyan qarşılıqlı fəaliyyətin prioritetlərini və perspektivlərini təqdim edib, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişini yüksək qiymətləndirib.
“Görüş zamanı tərəflər regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar və bu kontekstdə vurğulayıblar ki, bölgədə uzunmüddətli sülhün bərqərar olması regionun bütün ölkələrinin inkişafına və rifahına töhfə verəcək”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az