Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, erməni qadın Ermənistan polisinin Erebuni şöbəsinə aparılıb.
“Bundan əvvəl polis əməkdaşları hətta qapını sındıraraq içəri girməyə də cəhd ediblər. Buna səbəb bu gün internetdə yayılan videodur. Həmin videoda ölmüş hərbi qulluqçunun anası şüşəni trolleybus sürücüsünə tərəf atır.
Videonun məhz bu gün aktiv şəkildə yayılmasına baxmayaraq, hadisə ötən ilin fevralında, nəqliyyat haqqının bahalaşdığı və boykotun keçirildiyi vaxt baş verib. Bir çox sakin kimi ölmüş hərbi qulluqçunun anası da həmin boykota qoşulub. Bu zaman sürücü söyüş söyüb, bundan sonra qadın şüşəni onun istiqamətinə atıb.
Hadisə “Barışıq” metro stansiyası yaxınlığında, Zeytun istiqamətinə gedən trolleybusun sürücüsünün iştirakı ilə baş verib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az