“Bəndər Ənzəli istiqamətinə zərbə Xəzəryanı ölkələri müharibəyə cəlb edə bilər” - Zaxarova

2025/06/1749646629.jpg
Oxunub: 397     13:04     23 Aprel 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və İsrailin Xəzər dənizində yerləşən İranın Bəndər Ənzəli limanına endirdiyi zərbəni “düşüncəsiz” adlandırıb və Xəzəryanı dövlətlərin hərbi münaqişəyə cəlb olunması təhlükəsi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, martın 18-də Xəzər dənizinin ən böyük limanı olan Ənzəli bombardman edilib. O bildirib ki, bu liman Rusiya-İran ticarətində, o cümlədən ərzaq daşımalarında fəal istifadə olunan mühüm ticarət-logistika qovşağıdır. Zaxarova vurğulayıb ki, zərbə Rusiyanın və digər Xəzəryanı ölkələrin iqtisadi maraqlarına ziyan vurub.

“Xəzər dənizinin akvatoriyası həmişə sülh və əməkdaşlığın təhlükəsiz zonası kimi qəbul olunub”, - deyə o bildirib və hərbi əməliyyatların dərhal dayandırılmasına, məsələnin siyasi yolla nizama salınmasına qayıdılmasına çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin