Ermənistan TŞ katibi: “Möhkəmləndirilmiş sülh qarşılıqlı etimada əsaslanır”

2026/04/1776935236.jpg
Oxunub: 346     12:58     23 Aprel 2026    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Delfi İqtisadi Forumu” çərçivəsində Yunanıstanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekriyeru ilə birlikdə “Strateji bölücü xətlər: Avropanın şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlılığın formalaşdırılması” adlı panel müzakirəsində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Bildirilib ki, Armen Qriqoryan çıxışında regional təhlükəsizlik vəziyyətinə toxunub, Ermənistan ilə Azərbaycan arasında möhkəmləndirilmiş sülhü vacib sayıb və onun institusionallaşdırılması istiqamətində görülən işləri vurğulayıb.

“Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi əminliyini ifadə edib ki, möhkəmləndirilmiş sülh qarşılıqlı etimada əsaslanır. Qriqoryan həmçinin kommunikasiya xətlərinin açılmasının vacibliyindən danışıb, artıq əldə olunmuş razılaşmaların icrasının gedişinə və yaranacaq iqtisadi imkanlara toxunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Delfi  


Bizi "telegram"da izləyin