Cənubi Koreyada pilot şəkil çəkdirmək cəhdi zamanı qırıcını zədələyib

2026/04/1776934720.jpg
Oxunub: 374     12:55     23 Aprel 2026    
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin pilotu uçuş zamanı yaddaqalan və təsirli şəkil çəkməyə çalışarkən qırıcını zədələyib.

Ordu.az xəbər verir ki, bu barədə “Chosun Ilbo” qəzeti məlumat yayıb.

Hadisə 2021-ci ildə Tequ aviabazasında baş verib. Baş leytenant tapşırığı başa vurduqdan sonra havada şəkil çəkdirmək qərarına gəlib. Uğurlu kadr əldə etmək üçün o, digər qırıcının üzərində görünmək məqsədilə qəfil yüksəliş və dönüş edib.

Nəticədə təyyarələr bir-birinə yaxınlaşıb və toqquşma baş verib. F-15K qırıcılarından birinin şaquli stabilizatoru digərinin qanadına toxunub. Hər iki qırıcı bazaya uğurla qayıdıb, lakin təmir xərci təxminən 878,7 milyon von, yəni təxminən 593 min dollar təşkil edib.

Kompensasiya məbləği sonradan onun xidmət şəraiti və komandanlığın icazəsi ilə şəkil çəkdirmə təcrübəsi nəzərə alınaraq 87,8 milyon vona endirilib. Pilot xidmətdən uzaqlaşdırılıb və hərbi təyyarələri idarə etmək hüququndan məhrum edilib. Daha sonra o, istefa verib və mülki aviasiyada işləməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Pilot   Qırıcı  


Bizi "telegram"da izləyin