Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pakistanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə bildirib ki, Naqvi ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin uzadılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib və davamlı nizamlanmaya nail olmaq üçün diplomatik yolların qorunub saxlanmasının vacibliyini vurğulayıb.
Nazir həmçinin İran tərəfindən müsbət irəliləyiş olacağına ümid etdiyini bildirib və əlavə edib ki, Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşal Asim Münir problemin həlli üçün bütün səviyyələrdə maksimum səy göstərirlər.
Sevinc Əliyeva
Ordu.az