Ermənistan KİV-i: Müşahidə missiyasının əvəzinə hibrid missiya olacaq

2025/01/1738134668.jpg
Oxunub: 439     12:57     23 Aprel 2026    
Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanda yeni missiyanı təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Müşahidə missiyasının əvəzinə hibrid missiya olacaq” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu missiya Ermənistan hakimiyyətinə hibrid təhdidlərə, seçki proseslərinə, xarici manipulyasiyalara, kibehücumlara və qanunsuz siyasi maliyyələşməyə qarşı mübarizədə kömək etməlidir.

“Qərara əsasən, yeni missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandata malik olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqının tərəfdaşlıq missiyası” – “EUPM Armenia” adlanacaq. Hələ ötən ilin dekabrında Ermənistan hakimiyyəti belə bir missiyanın ölkəyə göndərilməsi üçün Avropa İttifaqına müraciət etmişdi. Yeni missiya 2023-cü ildən fəaliyyət göstərən missiyanı əvəz edəcək. Həmin missiya Ermənistanla Azərbaycan sərhədində müşahidə aparırdı”, - deyə müəllif bildirib.

Nəşr vurğulayıb ki, onun mandatı 2027-ci ilin əvvəlində başa çatır və görünür, artıq uzadılmayacaq.

“Bu, həm də Azərbaycanın tələbidir: Ermənistan sərhədlərindən xarici müşahidəçilərin və xarici qüvvələrin çıxarılması. Azərbaycan hər zaman Avropa İttifaqının missiyasına qarşı çıxıb, Ermənistan hakimiyyəti də əslində onların tələbini yerinə yetirir. Nəticədə 200 nəfərlik missiyanın əvəzinə təxminən 30 nümayəndədən ibarət başqa bir missiya olacaq. Bu missiya sadəcə İrəvanda yerləşəcək və Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin