Ordu.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.
Buna səbəb Fransa təyyarələrinin Fars körfəzində pilotsuz uçuş aparatlarını bahalı MICA raketləri ilə vurması halları olub. Bu isə xərclər baxımından səmərəsiz hesab edilib.
Nəşrin məlumatına görə, “İstr” aviabazasının yaxınlığında yeni “Telson” 12 JF buraxılış konteyneri ilə təchiz edilmiş “Rafale” qırıcısı müşahidə olunub. Bu konteyner TDA “Armements” şirkəti tərəfindən 68 mm çaplı “Aculeus” LG raketlərinin buraxılması üçün hazırlanıb.
Təxminən 1,4 metr uzunluğunda olan raketin çəkisi 8,8 kq-dır, 5 km-dək uçuş məsafəsinə malikdir və lazerlə idarəetmə sistemi ilə təchiz olunub.
Fransa eyni zamanda bölgədəki gərginlik fonunda Fars körfəzi ölkələrinə təhlükəsizlik məsələlərində yardım etməyə hazır olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az