Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var

2026/01/1767513449.jpg
Oxunub: 347     08:41     23 Aprel 2026    
Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dnepr şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha səkkiz insan yaralanıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, yaralananlar arasında azı iki uşaq var.

"Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bir nəfər hələ də əlaqəyə çıxmayıb", - rəsmi qeyd edib.

Onun sözlərinə görə, gecə ərzində vilayət səmasında Rusiyanın 40 PUA-sı məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin