Ağ Ev: Tramp İranla atəşkəsin bitmə müddətini müəyyən etməyib

2026/04/1776493155.jpg
Oxunub: 550     00:10     23 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatması üçün konkret müddət müəyyən etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Mətbuat katibi Kerolayn Levittin sözlərinə görə, guya “üç-beş günlük pəncərə” barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

O vurğulayıb ki, atəşkəsin müddəti ilə bağlı yekun qərarı şəxsən Tramp verəcək və hazırda o, sülh sazişi üçün ABŞ-nin təklif etdiyi şərtlərlə bağlı İran rəhbərliyinin “vahid cavabını” gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin