“Al Jazeera”: Tramp atəşkəsin uzadılmasını pakistanlı vasitəçilərin xahişi kimi təqdim edib

2026/04/1776779892.jpg
Oxunub: 580     00:05     23 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin uzadılması barədə qərarı münaqişəni davam etdirmək istəməməsi kimi deyil, pakistanlı vasitəçilərin xahişinə cavab kimi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” xəbər verir.

Vaşinqtondan müxbirin məlumatına görə, ABŞ administrasiyasında son ana qədər müzakirələrin necə yekunlaşacağı (atəşkəsin uzadılması ilə, yoxsa gərginliyin daha da artması ilə?) aydın deyildi.

Bildirilir ki, Ağ Evdə vitse-prezident və əsas müşavirlər də daxil olmaqla bütün milli təhlükəsizlik komandası toplaşmışdı, lakin görüşün nəticəsi qeyri-müəyyən olaraq qalırdı.

Eyni zamanda, Tramp daha əvvəl işarə etmişdi ki, blokadanı İranı danışıqlar masasına qaytarmaq üçün vacib təzyiq aləti hesab edir.

“Al Jazeera”nin vurğuladığına görə, atəşkəsin uzadılması həm də müharibənin ABŞ daxilində populyarlıq qazanmaması və məhz Trampla Respublikaçılar Partiyası üçün siyasi risklər yaratması ilə bağlı ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin