Ordu.az xəbər verir ki, bu barədə CNN danışıqların gedişatından xəbərdar olan İran mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, nümayəndə heyətinin tərkibi əvvəlki mərhələdə olduğu kimi olacaq və oraya xarici işlər naziri Abbas Əraqçi ilə parlamentin sədri Məhəmməd Baqir Qalibaf daxil idi.
Tehranda həmçinin çərşənbə günü atəşkəs rejiminin uzadılması barədə simvolik birgə bəyanat veriləcəyini gözləyirlər.
Bundan sonra, əgər hər şey rəvan gedərsə və ABŞ prezidenti Donald Tramp İslamabada getməyə razılaşarsa, İran prezidenti Məsud Pezeşkian da yollanacaq və “prezidentlərin birgə görüşü” baş tutacaq, həmin görüş zamanı onlar birgə “İslamabad bəyannaməsi”ni imzalayacaqlar, - deyə mənbələr əlavə ediblər.
Tehrandan danışıqları aparan şəxslərin İslamabada yollanacağı ilə bağlı hələlik rəsmi təsdiq olmayıb. Bu, Trampın nümayəndə heyəti göndərəcəyini bildirməsindən sonra da verilməyib.
Ötən həftəsonu yüksək səviyyəli danışıqlar razılaşma ilə nəticələnməmişdi.
Sevinc Əliyeva
Ordu.az