Pakistan yüksək dəqiqlikli gəmi əleyhinə raketin sınağını keçirib

2025/12/1764578808.jpg
Oxunub: 343     15:08     16 Aprel 2026    
Pakistanda yeni gəmi əleyhinə raketin sınaq atışı həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Xidmətlərarası İctimayyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Yerli istehsal olan raket Pakistan hərbi dəniz qüvvələrinə aid gəmidən buraxılıb və yüksək sürətlə hərəkət edərək uzaq məsafədə yerləşən hədəfi uğurla dəf edib. Bununla gəmi əleyhinə raketin yüksək dəqiqlikli zərbə qabiliyyəti təsdiqini tapıb.

Sınaq atışını Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Navid Əşrəf, eləcədə bir sıra nüfuzlu alim və mühəndislər birlikdə izləyib.

ISPR-in məlumatına görə, raket müasir naviqasiya və idarəetmə sistemi ilə təchiz olunub və bu, onun təhlükələrdən yayınmasına, dəyişən şəraitə uyğunlaşmasına və hədəfləri yüksək dəqiqliklə vurmasına imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin