İsrail Livanda Litani çayının sonuncu körpüsünü məhv edib

2026/04/1776279296.jpg
Oxunub: 323     15:01     16 Aprel 2026    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda davam edən əməliyyatlar çərçivəsində Litani çayının üzərindəki sonuncu işlək körpünü aviazərbələrlə dağıdıb.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, Kəsmiyə körpüsü Tir şəhərində yerləşirdi.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.

Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin