Peskov: "Rusiya sanksiya təzyiqinə uyğunlaşıb və bundan sonra da belə davam edəcək"

2025/11/1762943553.jpg
Oxunub: 293     14:47     16 Aprel 2026    
Rusiyada ABŞ-nin Rusiya neftinin satışına yenidən məhdudiyyətlər tətbiq edə biləcəyini gözləyirdilər.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya artıq sanksiya təzyiqi şəraitində yaşamağa uyğunlaşıb.

"Bunu təxmin etmək mümkün idi. Bu, hadisələrin inkişaf variantlarından biri idi. Biz artıq elə fəaliyyət göstərməyi öyrənmişik ki, bu cür tədbirlərin nəticələrini maraqlarımız üçün minimuma endirək. Bundan sonra da belə edəcəyik", - Kremlin nümayəndəsi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya  


Bizi "telegram"da izləyin