Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən PUA-ların hissələrini istehsal etdiyini irəli sürdüyü ölkə və şirkətlərin yer aldığı siyahı yayımlayıb.
Siyahıda Türkiyədən iki şirkətin də yer alması diqqət çəkib.
Nazirliyin açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Tualcom” və “Dowaksa” adlı müdafiə sənayesi şirkətlərinin Ukraynaya yönəlmiş PUA istehsalı prosesində rol aldığı irəli sürülüb. Açıqlamaya görə, “Tualcom”un iki ayrı müəssisədə kosmos əsaslı radio naviqasiya siqnallarına yönəlmiş qəbuledicilər hazırladığı, “Dowaksa”nın isə Yalovadakı istehsal müəssisəsində PUA gövdələrində istifadə olunan karbon lif materialları istehsal etdiyi iddia edilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Rusiya-Ukrayna Müharibəsinə “həssaslıqla” yanaşdığı halda Türkiyənin müdafiə sənayesi şirkətlərinin də yer alması diqqət çəkib.
Avropa üzrə geniş istehsal şəbəkəsi
Rusiya Müdafiə Nazirliyi Ukraynaya aid PUA-lar üçün lazım olan komponentlərin yalnız Türkiyədə deyil, Almaniya, İspaniya, İtaliya, Çexiya və İsraildə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən istehsal edildiyini irəli sürüb.
Rusiya Müdafiə Nazirliyi Türkiyə şirkətlərini hədəfə aldı
Açıqlamada İtaliyada “KMD Avio”, “Mvfli”, “Epa Power” və “Gilardoni”; Almaniyanın Hanau şəhərində “Professional”; İspaniyanın Madrid şəhərində “Navigation UAV”, Çexiyanın Praqa şəhərində isə PBS adlı şirkətlərin istehsal fəaliyyətlərində yer aldığı bildirilib. İsrailin Hayfa şəhərində fəaliyyət göstərən “Elsight” şirkətinin isə mobil bağlantı modulları təmin etdiyi qeyd olunub.
Nazirlik həmçinin Avropa üzrə Ukrayna bağlantılı istehsal müəssisələrinə yönəlmiş maliyyələşmənin artdığını və Böyük Britaniya, Almaniya, Danimarka, Litva, Niderland, Polşa və Çexiyada fəaliyyət göstərən bəzi strukturların “Ukrayna şirkətlərinin Avropadakı uzantıları” kimi qiymətləndirildiyini bildirib.
Medvedev: “Potensial hədəf siyahısındadırlar”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yayımlanan siyahıdan sonra verdiyi açıqlamada deyib: “Rusiya Müdafiə Nazirliyinin açıqlaması sözbəsöz ciddi qəbul edilməlidir. Avropada pilotsuz uçuş aparatı və digər hərbi avadanlıq istehsal edən müəssisələrin siyahısı Rusiya Silahlı Qüvvələri üçün potensial hədəflər siyahısıdır”.
Medvedev sözügedən hədəflərə qarşı hücum ehtimalının “sahadakı hadisələrdən asılı” olduğunu vurğulayıb.
Rusiya mediasında Türkiyə detalı ön plana çıxdı
Siyahı Rusiya ictimaiyyətində də geniş əks-səda doğurarkən, “Rossiya-1” televiziyasında danışan aparıcı Vladimir Solovyov Türkiyənin siyahıda yer almasına xüsusi diqqət çəkib. Solovyov deyib: “Siyahıda Türkiyənin də adı keçir. Bu vəziyyət türk tərəfdaşlar baxımından nə məna verir?”.
Sevinc Əliyeva
Ordu.az