Ordu.az xəbər verir ki, sözügedən təşəbbüsün Hindistanın müdafiə istismar qabiliyyətlərini yerliləşdirməsi və əməliyyat davamlılığını artırması baxımından kritik addım olduğu qiymətləndirilir.
Yerli baxım mərkəzi ilə istismar prosesləri sürətlənəcək
Qurulacaq obyektin mülkiyyət və idarəçiliyinin Hindistan Hərbi Hava Qüvvələrinə aid olacağı, “GE Aerospace” şirkətinin isə texniki dəstək, təlim, mütəxəssis heyəti töhfəsi ilə ehtiyat hissələri və xüsusi avadanlıq təchizatı təmin edəcəyi bildirilir.
Obyektin fəaliyyətə başlaması ilə birlikdə mühərrik baxım və təmir proseslərində geri dönüş müddətlərinin əhəmiyyətli dərəcədə qısalması və donanmanın döyüşə hazırlıq səviyyəsinin artması gözlənilir.
40 illik əməkdaşlıqda yeni mərhələ
Sazişin tərəflər arasında təxminən 40 ilə çatan əməkdaşlığın yeni mərhələsini təmsil etdiyi bildirilir. Layihənin eyni zamanda Hindistanın müdafiə sənayesində yerliləşmə və davamlılıq hədəfləri ilə uyğun olduğu vurğulanır.
“GE Aerospace” Qlobal Müştəri Dəstəyi üzrə vitse-prezidenti Rita Flaherti mövzu ilə bağlı qiymətləndirməsində bildirib: “Hindistan Silahlı Qüvvələrini dəstəkləmək məsələsində qətiyyətimiz əməkdaşlığımıza istiqamət verməyə davam edir. Qurulacaq baxım mərkəzi ilə “Tejas” parkının mühərrik əlçatanlığını artırmağı hədəfləyirik”.
“Tejas” proqramına birbaşa töhfə
F404-IN20 mühərrikləri Hindistanın yerli olaraq hazırladığı “Tejas” döyüş təyyarələrinin əsas güc mənbəyini təşkil edir. Yeni baxım mərkəzi sayəsində mühərriklərin daha sürətli şəkildə baxım və təmirdən keçirilməsi mümkün olacaq.
Bu vəziyyətin xüsusilə yüksək temp tələb edən əməliyyat ssenarilərində parkın davamlılığını dəstəkləməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az