Yunanıstandan Cənubi Kiprə “Leopard 1A5” tanklarının təhvil verilməsi gündəmdədir

2026/04/1776335642.jpg
Oxunub: 466     14:33     16 Aprel 2026    
Yunanıstan ilə Cənubi Kipr arasında “Leopard 1A5” əsas döyüş tanklarının təhvil verilməsinə dair danışıqların irəli mərhələyə çatdığı bildirilir.

Ordu.az xəbər verir ki, sözügedən təşəbbüsün Cənubi Kiprə bağlı Milli Qvardiya Ordusunun təcili əməliyyat ehtiyaclarını qarşılamağı hədəflədiyi bildirilir.

Yunan mətbuatında yer alan məlumatlara görə, Yunanıstan Müdafiə Nazirliyi ilə Cənubi Kipr Müdafiə Nazirliyi arasında aparılan təmaslar həm siyasi, həm də hərbi səviyyədə müsbət istiqamətdə davam edir. Prosesin koordinasiyasının Yunanıstan Baş Qərargah rəisliyi ilə Cənubi Kipr Milli Qvardiya Komandanlığı tərəfindən həyata keçirildiyi, yüksək səviyyəli hərbi rəsmilər arasında birbaşa əlaqənin davam etdiyi qeyd olunur.

T-80 tanklarında yaşanan problemlər prosesi sürətləndirdi

Cənubi Kiprin tank ehtiyacının əsasını inventarda olan Rusiya mənşəli T-80 əsas döyüş tanklarının baxım və istismar proseslərində yaşanan çətinliklər təşkil edir. Logistika dəstəyi və ehtiyat hissələrinin təchizatında qarşılaşılan çətinliklərin mövcud sistemlərin əməliyyat effektivliyini məhdudlaşdırdığı qiymətləndirilir.

Alternativ axtarışlar çərçivəsində İsrail ilə “Merkava” tanklarının tədarükünə dair təmasların aparıldığı, lakin təhvil müddətlərinin uzunluğu və regional hadisələrin istehsal gücünə təsiri səbəbindən bu variantın irəlilədilə bilmədiyi bildirilir.

“Leopard 1A5” həlli ön plana çıxır

Mövcud şəraitdə Yunanıstan inventarındakı “Leopard 1A5” tanklarının təhvil verilməsi qısa müddətdə ən sürətli və tətbiq edilə bilən həll kimi ön plana çıxır.

Hərbi mənbələrə görə, sözügedən platformaların modernləşdirmə prosesindən keçirilərək xidmətə qəbul edilməsi planlaşdırılır.

Bu çərçivədə tankların

Qabaqcıl atəşi idarəetmə və nişanalma sistemləri ilə təchiz edilməsi
Zireh qorumasının artırılması
Komanda-idarəetmə və rabitə infrastrukturunun yenilənməsi hədəflənir.


Mənbələr proseslə bağlı qeyd edib: “Danışıqlar həm siyasi, həm də hərbi səviyyədə müsbət irəliləyir”.

Siyasi səviyyədə yaxından izlənilir

Prosesin Yunanıstanın baş naziri Kiryakos Miçotakis və Yunanıstanın müdafiə naziri Nikos Dendias tərəfindən yaxından izlənildiyi bildirilir.

Bundan əlavə, Yunan tərəfinin atdığı addımların Cənubi Kiprdəki hərbi ünsürlərin çəkindirməsinə töhfə verdiyi yönündə qiymətləndirmələr aparılır.

Alternativ tədarük axtarışları davam edir

Cənubi Kipr tərəfinin uzunmüddətli ehtiyaclar doğrultusunda yeni nəsil əsas döyüş tankı tədarükü üçün fərqli variantları qiymətləndirməyə davam etdiyi bildirilir. Bu çərçivədə Avropa ölkələri ön plana çıxarkən, İsrail variantının da tamamilə gündəmdən düşmədiyi qeyd olunur.

Lakin mövcud geosiyasi hadisələrin, xüsusilə İsrail müdafiə sənayesinin istehsal gücünə təsir etməsi səbəbindən təhvil təqvimlərində qeyri-müəyyənliklərin yarandığı bildirilir.

Mövcud inventar

Cənubi Kiprə bağlı Milli Qvardiya Ordusunun inventarında hazırda ümumilikdə 82 ədəd T-80 əsas döyüş tankı mövcuddur. Bu tankların iki ayrı tank birliyi tərkibində xidmət etdiyi və 20-ci Zirehli Briqadaya bağlı olduğu bilinir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin