Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O, “El País” nəşrinə müsahibəsində bildirib ki, BMT bu gün “demək olar ki, öz təsirini itirib” və əsas missiyasını yerinə yetirmir. Braziliya liderinin fikrincə, beynəlxalq qurumların islahatlara ehtiyacı var, qlobal toqquşmadan yayınmağın yeganə yolu isə çoxtərəfli əməkdaşlığın və demokratiyanın möhkəmləndirilməsidir.
Lula ABŞ prezidenti Donald Trampın fəaliyyət tərzini də tənqid edib və vurğulayıb ki, onun İrana qarşı apardığı siyasət enerji daşıyıcılarının qiymətlərində sıçrayışlı artıma səbəb ola bilər və adi insanların cibinə də zərbə vura bilər.
Sevinc Əliyeva
Ordu.az