Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun sözlərinə görə, söhbət məhdudiyyətlər tətbiq edilməzdən əvvəl artıq daşınma mərhələsində olan neft tədarüklərindən gedirdi və bu istisnalar müvəqqəti xarakter daşıyırdı.
Bessent vurğulayıb ki, administrasiya Rusiya və İran nefti ilə ticarət etməyə imkan verən əsas lisenziyaları bərpa etməyəcək. İran üçün qüvvədə olan güzəştlərin müddəti aprelin 19-da başa çatır.
Daha əvvəl də bildirilmişdi ki, ABŞ Rusiyanın “Lukoyl” şirkətinin xaricdəki yanacaqdoldurma məntəqələri üçün nəzərdə tutulmuş ayrıca istisnanı uzadıb. Bu isə onlara Rusiya sərhədlərindən kənarda oktyabrın sonunadək fəaliyyətlərini davam etdirməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az