MOSSAD-ın yeni təyin olunmuş rəhbəri Türkiyəyə nüvə başlıqları satmağı təklif edib

2026/04/1776330178.jpg
Oxunub: 597     12:54     16 Aprel 2026    
İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın yeni direktoru, general-mayor Roman Qofmanın Türkiyə ilə bağlı “nüvə” təklifi böyük əks-səda doğurub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatlara görə, Qofman hələ 2019-cu ildə magistr işi çərçivəsində təklif etmişdi ki, İsrail regional balansı təmin etmək üçün Türkiyəyə, eləcə də Misirə və Səudiyyə Ərəbistanına nüvə başlıqları satsın.

İsrailin baş naziri Benyamin Netanyahunun göstərişi ilə onun MOSSAD rəhbəri vəzifəsinə təyin olunması ölkə daxilində ciddi tənqidlərə səbəb olub. Tənqidçilər bildiriblər ki, Qofmanın kəşfiyyat təcrübəsi yoxdur və o, xidmətin fəaliyyətini təhlükə altına qoya bilər. Həmçinin qeyd olunur ki, Qofman əvvəllər mübahisəli əməliyyatlarda iştirak edib və onun təyinatı fonunda bu mövzu yenidən gündəmə gəlib. General-mayor vəzifəsinin icrasına iyunun 2-dən başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MOSSAD   Türkiyə  


Bizi "telegram"da izləyin