Ordu.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
Onların qiymətləndirməsinə görə, beynəlxalq münasibətlərin mövcud sistemi yenidənqurma mərhələsindədir, Pekin və Moskva isə ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), BRICS və G20 kimi platformalar vasitəsilə təsir imkanlarını genişləndirərək qarşılıqlı fəaliyyətin regional səviyyə sərhədlərindən tədricən çıxacaqlar.
“Global Times”a müsahibəsində ekspertlərdən biri bildirib ki, müxtəlif beynəlxalq böhranlar zamanı Qərb ölkələri çox vaxt digər dövlətlərin mövqeyini nəzərə almadan öz maraqlarını rəhbər tuturlar. Bu kontekstdə “Qlobal Cənub” ölkələri arasında əməkdaşlığın rolu əhəmiyyətli dərəcədə artır.
Digər mütəxəssis vurğulayıb ki, Pekinlə Moskva arasında sabit münasibətlər iki ölkənin xarici risklər qarşısında həssaslığını azaldır və beynəlxalq sabitliyə töhfə verir. O həmçinin əlavə edib ki, Çin və Rusiya möhkəm və uzunmüddətli hüquqi-müqavilə bazasına malikdirlər ki, bu da ikitərəfli əlaqələri davamlı şəkildə inkişaf etdirməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az