İranda dörd nəfər İsrail kəşfiyyatı ilə əlaqələrdə şübhəli bilinərək saxlanılıb

2026/03/1774248068.jpg
Oxunub: 391     12:11     16 Aprel 2026    
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri İranın Gilan vilayətində dörd nəfəri saxlayıb. Onlar İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əlaqədə şübhəli bilinirlər.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, şübhəlilər İİKK-nin kəşfiyyat bölmələrinin keçirdiyi əməliyyat nəticəsində aşkar olunublar.

İlkin məlumatlara əsasən, onlar münaqişə zamanı İranın hərbi və hüquq-mühafizə orqanlarının obyektlərinin fotoşəkillərini və koordinatlarını internet vasitəsilə düşmənə ötürməkdə ittiham olunurlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin