BƏƏ Hörmüz boğazındakı vəziyyətlə bağlı beynəlxalq reaksiya tələb edir

2026/04/1776194198.jpg
Oxunub: 350     11:45     16 Aprel 2026    
Hörmüz boğazından dünya birliyinə siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər Nazirliyinin bəyanatında deyilir.

XİN-dən bildirilib ki, Hörmüz boğazı qlobal enerji təchizatının təxminən beşdə biri üçün həyati bir keçiddir və beynəlxalq ticarətdə mühüm rol oynayır.

"Hörmüz boğazından iqtisadi məcburiyyət və ya şantaj vasitəsi kimi istifadə edilməsini qəti şəkildə rədd edir və kollektiv beynəlxalq reaksiya tələb edirik, çünki bu, regiondan kənara çıxaraq bütövlükdə qlobal iqtisadiyyata təsir edən iqtisadi müharibə və piratçılıqdır", - bəyanatda qeyd edilib.

XİN vurğulayıb ki, BƏƏ ABŞ və İran arasında iki həftəlik atəşkəs fonunda regiondakı vəziyyəti diqqətlə izləyir və İranın bölgədəki bütün hərbi əməliyyatların dərhal dayandırılmasına dair tam öhdəliyini təmin etmək üçün sazişin müddəaları ilə bağlı əlavə aydınlaşdırmaların alınmasının vacibliyini təsdiqləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Hörmüz  


Bizi "telegram"da izləyin