Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb

2025/03/1742879265.jpg
Oxunub: 438     10:55     16 Aprel 2026    
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.

Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Silahlı-hücum  


Bizi "telegram"da izləyin