Husilər Qırmızı dənizi bağlaya bilər

2026/03/1774677889.jpg
Oxunub: 412     10:47     16 Aprel 2026    
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) üsyançı hərəkatı İrana dəstək məqsədilə Qırmızı dənizdə neft tədarükünün alternativ kanalını bağlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə "CNN" telekanalının analitik materialında bildirilir.

Qeyd olunur ki, ABŞ tərəfindən Hörmüz boğazının bloklanması fonunda İran hazırda "strateji tapmaca"nı həll etməlidir. "CNN" bildirir ki, münaqişənin eskalasiyası variantları risklidir, çünki bu, döyüş əməliyyatlarının yenidən başlanmasına səbəb ola, həmçinin ABŞ və İsraillə əldə olunmuş atəşkəsi poza bilər.

Bu baxımdan, telekanalın analitiklərinin fikrincə, İran dəstəklədiyi husilərdən istifadə edə bilər və onlar Qırmızı dəniz vasitəsilə neft tədarükünün alternativ marşrutunu bağlaya bilərlər.

"CNN"in materialında qeyd olunur ki, belə bir addım dünya iqtisadiyyatına sarsıdıcı zərbə vuracaq və şübhəsiz, müharibənin nəzarətdən çıxa biləcəyi səbəbindən Tramp administrasiyasına siyasi təzyiqi artıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin