Ordu.az xəbər verir ki, 2026-cı il aprelin 3-də Raketdən Müdafiə Agentliyi tərəfindən ayrılan bu əlavə vəsaitlə birlikdə “Glide Phase Interceptor” (GPI) proqramının ümumi müqavilə həcmi 1,3 milyard dollara çatıb.
GPI proqramında qrafik sürətləndirilib
Müqavilə dəyişikliyi GPI sisteminin inkişaf prosesinin sürətləndirilməsini və dizayn işlərinin daha qısa müddətdə tamamlanmasını nəzərdə tutur. Proqramın mövcud mərhələsinin 2028-ci ilin iyununa qədər başa çatdırılması planlaşdırılır.
Bu artım ABŞ-nin hipersəs təhdidlərinə qarşı müdafiə qabiliyyətini inkişaf etdirmə prioritetinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Hipersəs təhdidlərinə qarşı kritik boşluğu hədəfləyir
GPI sistemi müasir hava və raketdən müdafiənin ən çətin problemlərindən birinə həll təqdim etməyi hədəfləyir: hipersəs süzülmə vasitələrinin uçuşun “süzülmə mərhələsində” məhv edilməsi.
Hipersəs süzülmə vasitələri raketdən ayrıldıqdan sonra atmosferin yuxarı qatlarında Mach 5-dən artıq sürətlə və proqnozlaşdırılması çətin manevrlərlə hərəkət edir. Bu isə ənənəvi ballistik raketlərlə müqayisədə aşkarlanma və məhv etmə proseslərini ciddi şəkildə çətinləşdirir.
Mövcud sistemlər
Orta mərhələdə işləyən sistemlər
Terminal mərhələdə fəaliyyət göstərən sistemlər olmaqla iki fərqli təbəqədə fəaliyyət göstərir, hipersəs təhdidlər isə bu iki təbəqə arasında yerləşən kritik boşluqda hərəkət edir. GPI sistemi məhz bu boşluğu doldurmağı hədəfləyir.
Mövcud sistemlərin yetərsiz qaldığı sahə
ABŞ-nin mövcud müdafiə arxitekturasında yer alan sistemlər hipersəs təhdidlərinə qarşı məhdud effektivlik göstərir.
THAAD terminal mərhələdə nişanalma təmin edərkən, “Ground-Based Midcourse Defense” orta mərhələyə fokuslanır.
Lakin hipersəs süzülmə vasitələrinin aşağı hündürlüklü və yüksək manevr qabiliyyətli uçuş profili bu sistemlərin effektivliyini azaldır. GPI proqramı bu boşluğu dolduracaq xüsusi qarşısını alma qabiliyyəti yaratmağı hədəfləyir.
Qlobal hipersəs yarışı proqramı sürətləndirdi
Proqramın sürətlənməsində xüsusilə Rusiya və Çinin hipersəs silah sahəsindəki inkişafları təsirli olub.
“Avangard” və DF-17 kimi sistemlər mövcud hava müdafiə sistemlərinin aşılmasının mümkünlüyü ilə bağlı qiymətləndirmələri gücləndirib.
Bundan əlavə, Şimali Koreyanın da hipersəs silah sınaqları keçirdiyini açıqlaması ABŞ-nin bu sahədəki işlərini daha da sürətləndirməsinə səbəb olub.
Sevinc Əliyeva
Ordu.az