Ordu.az xəbər verir ki, sözügedən razılaşma çərçivəsində “Indirect Fire Protection Capability Increment Two” (IFPC Inc 2) sistemlərinin istehsalı həyata keçiriləcək.
“Leidos” şirkətinin törəməsi olan “Dynetics”in həyata keçirdiyi proqram ABŞ Quru Qoşunlarının təbəqəli hava hücumundan müdafiə arxitekturasında kritik əhəmiyyət daşıyan layihələrdən biri hesab olunur.
Müqavilənin əhatə dairəsi və qrafiki
2026-cı il aprelin 14-də imzalanan müqavilə buraxılış qurğuları, sursat modulları, təlim həlləri və logistika dəstək elementlərini əhatə edən geniş təhvil paketini özündə birləşdirir.
Xərc üstə sabit haqq və sabit qiymətli komponentlərdən ibarət qarışıq strukturda olan müqavilə çərçivəsində istehsal fəaliyyətlərinin sifariş əsasında müxtəlif məkanlarda həyata keçiriləcəyi bildirilib. Bütün təhvilin 2029-cu il noyabrın 30-dək tamamlanması planlaşdırılır.
Müqavilə prosesi “Redstone Arsenal”da yerləşən ABŞ Quru Qoşunları Müqavilələr Komandanlığı tərəfindən idarə olunur.
Sistem tam miqyaslı istehsal mərhələsinə keçib
Proqram çərçivəsində “Dynetics” tərəfindən
Yeni buraxılış qurğularının istehsalı
Prototip buraxılış qurğularının modernləşdirilməsi
“All-up-round” sursat modulları
Hərbi təlim və simulyasiya sistemləri
Logistika dəstəyi və ehtiyat hissələrinin təchizatı
Mühəndislik xidmətləri təmin ediləcək.
Bu çərçivə sistemin inkişaf mərhələsini geridə qoyaraq tam miqyaslı istehsal və sahəyə inteqrasiya mərhələsinə keçdiyini göstərir.
IFPC sistemi hansı boşluğu doldurur
IFPC Increment Two sistemi sabit obyektləri, irəli bazaları və manevr bölmələrini
Qanadlı raketlər
Pilotsuz uçuş aparatları
Raket təhdidləri
Bəzi ballistik raket növləri kimi çoxtəbəqəli təhdidlərə qarşı qorumaq üçün hazırlanıb.
Sistem qısa mənzilli müdafiə elementləri ilə “Patriot” hava hücumundan müdafiə sistemi arasında qalan orta təbəqəni gücləndirməyi hədəfləyir.
Müasir döyüş mühiti layihəni sürətləndirdi
Proqramın sürətləndirilməsində son illərdə baş verən münaqişələrin təsirli olduğu qiymətləndirilir. Xüsusilə Ukraynadakı müharibədə istifadə olunan kamikadze pilotsuz uçuş aparatları, qanadlı raketlər və ballistik təhdidlər təbəqəli hava hücumundan müdafiə ehtiyacını açıq şəkildə ortaya qoyub.
ABŞ Quru Qoşunlarının da bu inkişaflar fonunda hava və raketdən müdafiə layihələrinə sürət verdiyi və IFPC proqramının bu transformasiyanın mərkəzində yer aldığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az