Ordu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addım Almaniya ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi deməkdir. Almaniya hökuməti ümid edir ki, bu cür layihələr Avropanın gələcək müdafiə imkanlarının əsasını təşkil edəcək.
“Quantum Frontline Industries” şirkəti bildirib ki, belə əməkdaşlıq sənayenin inkişafı və pilotsuz sistemlərin istehsalı baxımından strateji əhəmiyyət daşıyır.
“Bild” qeyd edir ki, Almaniya Ukraynanın müdafiə şirkətləri ilə daha fəal əməkdaşlıq etməyi və silah tədarükündən dolayı fayda əldə etməyi planlaşdırır.
Bundan əvvəl “Reuters” agentliyi xəbər verib ki, Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin, xüsusilə də mini mühərriklərin çatışmazlığı ilə üzləşir ki, bu da hərbi texnika istehsalını məhdudlaşdırır.
Sevinc Əliyeva
Ordu.az