Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Hacı Babayi bildirib.
“Ölkəmizin rəsmi şəxsləri diplomatiya sahəsində ABŞ-nin kapitulyasiyasına nail olmaq üçün yumşaq müharibə və mübarizəyə başlayıblar. Qalan bütün variantlar ölkə üçün qəbuledilməzdir”, - deyə o qeyd edib.
Babayi bildirib ki, bu gün İran dünyanın dörd aparıcı gücünün yanında dayanır.
“Dünya neft ehtiyatlarının 20%-nin və qazın 35%-nin keçdiyi Hörmüz boğazı tam şəkildə bizim nəzarətimiz altındadır və buradan keçid haqqı rial ilə ödənilməlidir.
Sanksiyalara baxmayaraq, İran neftinin ixracı 1,6 milyon bareli keçib və bu gün ölkəmizin nefti faktiki olaraq sanksiyalara məruz qalmır. İran xalqı öz tələblərindən bir qarış belə geri çəkilməyəcək”, - deyə Babayi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az