“Thales” və ADS Malayziyada HF XL radiostansiyasını təqdim edib

2026/04/1775972663.jpg
Oxunub: 402     09:43     12 Aprel 2026    
“Advanced Defence Systems” (ADS) şirkəti strateji tərəfdaşı “Thales” ilə birlikdə Malayziya Müdafiə Nazirliyində yüksək tezlikli (HF) XL radiostansiyasının canlı nümayişini uğurla həyata keçirib və müasir müdafiə və təhlükəsizlik tələblərinə cavab verən qabaqcıl rabitə imkanlarını təqdim edib.

Ordu.az xəbər verir ki, təqdim edilən avadanlıq “Thales” tərəfindən istehsal olunan 400 Vt gücündə HF XL taktiki radiostansiyadır və ANT 308 antenası ilə təchiz olunmuş stansiya kimi konfiqurasiya edilib.

Şirkət bu yeni nəsil sistemin uzunmənzilli rabitə imkanlarını nümayiş etdirməyi planlaşdırır. Malayziya ordusu tərəfindən bu radiostansiyadan 113 ədədin qəbul ediləcəyi bildirilib.

Bu radiostansiya məlumatların təhlükəsiz ötürülməsini təmin edir, canlı video yayımını dəstəkləyir və ənənəvi HF sistemləri ilə müqayisədə 10 dəfəyə qədər daha yüksək məlumat ötürmə sürəti təqdim edir. Sistem həmçinin 10 min kilometrə qədər məsafədə sabit rabitə və radioelektron mübarizəyə davamlılıq təmin edir.

Nümayiş zamanı HF XL radiostansiyasının uzun məsafədə rabitə performansı, çətin şəraitdə etibarlılığı və təhlükəsiz məlumat ötürmə xüsusiyyətləri göstərilib. Sistem birbaşa görmə xəttindən kənar rabitəni dəstəkləmək üçün hazırlanıb və hərbi əməliyyatlar, fövqəladə hallar və uzaq ərazilərdə əlaqə üçün vacib həll kimi təqdim olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   ADS  


Bizi "telegram"da izləyin